Azərbaycan millisinin baş məşqçisi: "Böyük hesabla uduzmaq istəmirik"

Azərbaycan millisinin baş məşqçisi: "Böyük hesabla uduzmaq istəmirik"

"Böyük hesabla uduzmaq istəmirik".

Bunu "QELEBE.AZ"a açıqlamasında 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova AVRO-2024-ün seçmə mərhələsində Xorvatiyaya qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis bu görüşdə ilk növbədə müdafiəni düşünəcəklərini bildirib: "Daha sonra əks-hücumda qol vurmağı da fikirləşəcəyik. Sabahkı matç çox çətin olacaq, rəqib həqiqətən güclüdür və hazırda açıq futbol oynamağı düşünmürük. Oyunlarını təhlil etmişik, güclü futbolçuları var. Biz də öz gedişlərimizi və əlimizdən gələni edəcəyik".

Qurbanova Lüksemburqa 0:1 hesabı ilə uduzduqları ilk matç haqqında da danışıb: "Təəssüf ki, buraya gələndə əsas heyət üzvlərimizdən bir neçəsi zədələndi. Bu, bizə çox təsir etdi. Həmin oyunçular meydanda olsaydılar, qələbə də qazana bilərdik. Qızlarımız həqiqətən mübarizə apardılar. Rəqib də güclü və hücum edən tərəf idi. Qol şanslarımız oldu, amma təəssüf ki, dəyərləndirə bilmədik. 75-ci dəqiqədə adi səhvə görə topu qapımızda gördük və buna görə məğlub olduq. Amma oyunçularımız döyüşdülər və mübarizə apardılar".

Baş məşqçi III turda qarşılaşacaqları Malta ilə görüşdə qələbə qazanmaq ehtimallarının çox olduğunu vurğulayıb: "Bu matçda açıq futbol oynamaq və qalib gəlmək niyyətindəyik. Amma heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz".

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 5-də Xorvatiya, bundan üç gün sonra isə Malta ilə üz-üzə gələcək.

Futbol
"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

Futbol
"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

Futbol
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

Futbol
"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı zədələnib

Futbol
AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

Futbol
Fransada oynamış futbolçu: "Qarabağ" güclü rəqiblə mübarizəyə tam hazırdır"

Fransada oynamış futbolçu: "Qarabağ" güclü rəqiblə mübarizəyə tam hazırdır"

Futbol
Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

Futbol
"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

Futbol
Skolari məşqçi karyerasını bitirib

Skolari məşqçi karyerasını bitirib

Futbol
“Qarabağ”ın rəqibi 5 oyundan sonra qələbə qazanıb

“Qarabağ”ın rəqibi 5 oyundan sonra qələbə qazanıb

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb