"Beşiktaş" UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib
Türkiyənin "Beşiktaş" komandası UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
"QELEBE.AZ"un məlumatına görə, Şenol Güneşin baş məşqçi olduğu kollektiv Belçikada "Brügge"nin qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərində Hans Vaneken 77-ci dəqiqədə fərqlənib. İstanbul təmsilçisində isə Cenk Tosun 88-ci dəqiqədə tarazlığı bərpa edib.

https://qelebe.az//uploads/photo/beshiktash-uefa-konfrans-liqasinin-qrup-merhelesinde-ilk-oyununu-kechirib.webp











