Akif Quluzadə yenidən rinqə çıxır – Döyüş Banqkokda olacaq
Azərbaycanlı kikboksinq və muay-tay döyüşçüsü Akif “King” Quluzadə növbəti qarşılaşmasına çıxacaq.
QELEBE.AZ xəbər verir ki, təmsilçimiz ONE FC turniri çərçivəsində qüvvəsini sınayacaq.
Quluzadənin rəqibi Ferrari Fairtex olacaq. Yüngül çəki dərəcəsində keçiriləcək döyüş sentyabrın 4-də Tailandın paytaxtı Banqkokdakı “Lumpinee Stadium”da baş tutacaq.
Akif Quluzadə indiyədək ONE FC-də 6 döyüş keçirib. Azərbaycanlı idmançı bu qarşılaşmaların 5-də qələbə qazanıb, yalnız birində məğlub olub.
Qeyd edək ki, Quluzadə Ordu İdman Klubunun üzvüdür.

https://qelebe.az//uploads/photo/akif-quluzade-yeniden-rinqe-chixir-doyush-banqkokda-olacaq.webp