Minifutbol üzrə Avropa Kuboku: "Zəngəzur" yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB
“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.
“QELEBE.AZ”un məlumatına görə, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində İsrailin "Red Meat Tad" kollektivi ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə üstələyən "Zəngəzur" yarımfinala yüksəlib.
“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.
“QELEBE.AZ”un məlumatına görə, Azərbaycan təmsilçisi pley-offda yerli "Mexkit” kollektivi ilə üz-üzə gəlib.
“Zəngəzur” rəqibini 1:0 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.

https://qelebe.az//uploads/photo/minifutbol-uzre-avropa-kuboku-zengezur-yarimfinala-vesiqe-qazanib-yenilenib.webp











