Qelebə.az / Minifutbol üzrə Avropa Kuboku: "Zəngəzur" yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB

Minifutbol üzrə Avropa Kuboku: "Zəngəzur" yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB

15-09-2023, 23:03

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.

“QELEBE.AZ”un məlumatına görə, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində İsrailin "Red Meat Tad" kollektivi ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə üstələyən "Zəngəzur" yarımfinala yüksəlib.

14:12

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.

“QELEBE.AZ”un məlumatına görə, Azərbaycan təmsilçisi pley-offda yerli "Mexkit” kollektivi ilə üz-üzə gəlib.

“Zəngəzur” rəqibini 1:0 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.

Geri qayıt