AVRO-2024: UEFA statistik göstəriciləri açıqlayıb

AVRO-2024: UEFA statistik göstəriciləri açıqlayıb

UEFA AVRO-2024-ün seçmə mərhələsində VI turun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan millisi 52 ölkənin mübarizə apardığı tsikldə vurulan qollara görə 46-49-cu yerləri bölüşdürür.

Yığmamızdan başqa Kipr, Estoniya və Farer adaları iki dəfə rəqib qapılarına yol tapıblar. Lixtenşteyn və Malta bir dəfə buna müvəffəq olubsa, San Marino və Cəbəllütariq milliləri hələlik fərqlənməyiblər. Portuqaliya 24 qolla birinci pillədə qərarlaşıb.

Seçmə mərhələdə dörd matç keçirən Azərbaycan komandası qapıya vurulan zərbələrdə də son sıralardadır. Futbolçuların 30 cəhdindən 11-i "çərçivə"yə düşübsə, 13-ü hədəfdən yayınıb, 6-sının qarşısı rəqib tərəfindən alınıb. Yığma bu göstəriciyə görə 47-cidir.

Millinin qapıçıları 4 görüşdə 20 qurtarış ediblər. Yığma bu göstəricidə Malta və Belarusla 6-8-ci yerləri bölüşdürür. Bu üç kollektiv buraxılan qol sayında isə 10-12-ci sıralardadırlar.

Qapıçı Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə iki qarşılaşmada meydana çıxsa da, qurtarış sayına görə siyahıda yer alıb. Estoniya (1:1) və Belçika (0:1) ilə oyunlarda 10 dəfə seyv edən qolkiper 30-39-cu yerləri bölüşdürür.

Futbol
Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Futbol
Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Futbol
Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Futbol
"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

Futbol
Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb