Azərbaycan millisinin qapıçısı: “Dünya çempionatına vəsiqə qazanmaq istəyiriksə, geriyə addım ata bilmərik”

Azərbaycan millisinin qapıçısı: “Dünya çempionatına vəsiqə qazanmaq istəyiriksə, geriyə addım ata bilmərik”

“Dünya çempionatına vəsiqə qazanmaq istəyiriksə, geriyə addım ata bilmərik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit mərhələsindəki şansları dəyərləndirərkən jurnalistlərə açıqlamasında deyib.

Qazaxıstanın “Atırau” klubunda legioner həyatı yaşayan futzalçı yığmanın qarşısına hələ konkret hədəf qoyulmadığını bildirib: “Komanda şəklində iclas olmadığından, qarşıya qoyulan hədəfin nə olduğu deyilməyib. Hələlik yalnız taktiki plan üzərində işləyirik. Yəqin ki, ümumi toplantı ilk oyun ərəfəsində olacaq. Amma milli üzvləri olaraq hər matça qələbə üçün çıxmalıyıq. İstəyimiz bütün görüşlərdə qalib gəlməklə qrup birincisi kimi final mərhələsinə vəsiqə qazanmaqdır”.

R.Hüseynli artıq futzalda mübarizənin çətinləşdiyini, hər bir komandanın sona qədər mübarizə apardığını söyləyib: “İki gündür tam kollektiv şəkildə ümumi hazırlığa başlamışıq. Hazırlıqlarımız əsasən taktiki plan üzərində keçirilir. Bu gecə Rumıniyaya yola düşəcəyik. Orada da rəqibi təhlil etməyə, onlara qarşı hazırlaşmağa vaxtımız olacaq. Futzal bütün dünyada inkişaf edib, artıq zəif komanda anlayışı qalmayıb. Əvvəllər bəzi hegemonlar var idisə, artıq konkret favorit yoxdur. Üstəlik, indi oyunlar ev-səfər prinsipi ilə keçirilir. Bu da o deməkdir ki, meydan sahibi olan komandanın şansları daha çoxdur. Hakim final fitini səsləndirənə qədər bütün qarşılaşmalarda şanslar 50/50-yədir”.

Təcrübəli qapıçı yer aldıqları A qrupundakı rəqiblər barədə də fikir bildirib: “Rumıniya fərqli oyun üslubuna malik komandadır. Niderland son Avropa çempionatını öz ölkəsində təşkil edib. Onlar da müəyyən təcrübəyə malikdirlər. Qazaxıstan millisi illərdir yüksək yerlər uğrunda “vuruşur”. Ancaq baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirsək, qrupda yaxşı nəticə qazana bilərik”.

Qeyd edək ki, sentyabrın 15-də Rumıniyanın qonağı olacaq Azərbaycan millisi beş gün sonra Bakıda Niderland yığmasını qəbul edəcək.

Futbol
Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Futbol
Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Futbol
Canni de Byazi: “Rəqabət aparmaq üçün fədakarlıq etməliyik”

Canni de Byazi: “Rəqabət aparmaq üçün fədakarlıq etməliyik”

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
“Sivasspor” – “Qalatasaray” oyununda səhv edən hakim karyerasını bitirib

“Sivasspor” – “Qalatasaray” oyununda səhv edən hakim karyerasını bitirib

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
FIFA Mahir Emrelini cəzalandırıb

FIFA Mahir Emrelini cəzalandırıb

Futbol
Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Futbol
Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol
Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb