Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB - 7

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB - 7

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı Qazaxıstan təmsilçisi Berikbol Jumanbekovla üz-üzə gəlib.

Rəqibinə uduzan Kotsoyev medal qazana bilməyib və beşinci yerlə kifayətlənib.

Bu gün, həmçinin, 90 kq-dan yuxarı çəkidə Ramazan Əhmədov bürünc medal qarşılaşmasında serbiyalı Mateya Boroyeviçlə güləşəcək.

15:37

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı yarımfinalda türkiyəli İbrahim Tataroğlu ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Əhmədov bürünc medal uğrunda qarşılaşmada serbiyalı Mateya Boroyeviçə rəqib olub.

90 kq-dakı Aslan Kotsoyev də üçüncü yer üçün qazaxıstanlı Berikbol Jumanbekovla güləşəcək.

15:04

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Özbəkistan təmsilçisi Elnur Xolmuminov ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Əhmədov yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda türkiyəli İbrahim Tataroğlu ilə görüşəcək.

14:57

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda İtaliya təmsilçisi Kristiano Mincinesi ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Kotsoyev bürünc medal uğrunda görüşə qatılacaq.

14:28

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda azərbaycanəsilli İsveç cüdoçusu Emil Cəbiyevlə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Kotsoyev yarımfinala adlayıb.

14:21

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə start verib.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Emiliano Rossi ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Əhmədov 1/4 finala vəsiqə qazanıb.

14:01

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda serbiyalı Nikola Giroviçi məğlubiyyətə uğradıb.

O, 1/4 finalda azərbaycanəsilli İsveç cüdoçusu Emil Cəbiyevlə üz-üzə gələcək.

13:31

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində İspaniya təmsilçisi Perez Ramirezlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev 1/8 finala yüksəlib. O, bu raundda serbiyalı Nikola Giroviçlə qarşılaşacaq.

Bu gün, həmçinin, 90 kq-dan yuxarı çəkidəki Ramazan Əhmədov 1/8 finalda italiyalı Emiliano Rossi ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə ediblər.

Fərdi
Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

Fərdi
Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Fərdi
Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Fərdi
Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Fərdi
Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Fərdi
Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Fərdi
Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Fərdi
Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub

Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub