Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib - YENİLƏNİB - 7

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib - YENİLƏNİB - 7

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində rumıniyalı Tudor Mosoini məğlub edib.

15:12

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda özbəkistanlı İnoyat Telmanova qalib gəlib.

14:49

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı Fransa təmsilçisi Johan Qbinqbehi ilə dueldən qalib ayrılıb.

Daha əvvəl Əbil Yusubov (66 kq) eyni nəticəni göstərib.

66 kq-da yer alan digər cüdoçu Cəsur İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya, qız cüdoçulardan 48 kq-dakı Vüsalə Hacıyeva isə eyni raundda özbəkistanlı Zarina Camalovaya yenilib.

14:23

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ukraynalı Danilo Fedoriki məğlub edərək 1/4 finala yüksəlib.

52 kq-da isə Xədicə Qədəşova 1/16 finalda serbiyalı Mina Qaciçi üstələyib.

13:50

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı Xorvatiyada təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Tom Bulociniçlə qarşılaşıb.

Görüşü qələbə ilə başa vuran İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya rəqib olub. O, daha əvvəl paraqvaylı Aqustin Ledesmanı mübarizədən kənarlaşdırmışdı.

13:10

Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Xorvatiyada təşkil olunan dünya çempionatında qələbə qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Belçikanı təmsil edən Amsar Camaldinovu məğlub edib.

12:53

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında qələbə qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Mişiqtoqo Tsedendamba (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Yusubov növbəti mərhələyə yüksəlib.

12:38

Azərbaycanın iki yeniyetmə cüdoçusu Cəsur İbadlı və Vüsalə Hacıyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıblar.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən İbadlı 1/32 finalda Paraqvay təmsilçisi Aqustin Ledesmaya qalib gəlib.

48 kq-da isə Hacıyeva 1/16 finalda ispaniyalı Klaudia Pla Belmontedən güclü olub.

Qeyd edək ki, bu gün, həmçinin, Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) və Xədicə Qədəşova (52 kq) tatamiyə çıxacaqlar. Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Fərdi
UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

Fərdi
Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Fərdi
Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib