Bakıda qızıl medal qazanan üçqat olimpiya çempionu: “Bura mənim üçün düşərlidir”

Bakıda qızıl medal qazanan üçqat olimpiya çempionu: “Bura mənim üçün düşərlidir”

“Bakı mənim üçün hər dəfə düşərli olur”.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən dünya çempionatında dairəvi stend atıcılığı üzrə qarışıq komanda növündə qızıl medal qazanan ABŞ təmsilçisi Vinsent Hankok deyib.

Kişilər arasında üçqat olimpiya çempionu olan V.Hankok Azərbaycan paytaxtının onun üçün uğurlu yer olduğunu söyləyib: “Bakıda keçirilən dünya kubokunda da qalib olmuşdum. Burada yenə qızıl medal qazandım. Bakı möhtəşəmdir. Atıcılıq Mərkəzi də çox gözəldir. Uzun illərdir yarışlarda çıxış edirəm. Bura gəldikdə özümü evimdəki kimi hiss edirəm. Mərkəzinizdə çıxış etməkdən çox xoşum gəlir”.

O, ilk atışlar zamanı etdiyi səhvlərdən sonra əsəbi olmadığını bildirib: “Final görüşünün əvvəlində bir-iki atış zamanı hədəfdən yayındım. Buna görə əsəbi deyiləm. Əksinə, çox rahat idim. Xoşbəxtəm ki, Cuel Ostin Smit kimi komanda yoldaşım var. O, məni kompensasiya etdi”.

Cuel Ostin Smit isə Hankokla birlikdə çıxış edən zaman rahat mübarizə apardığını söyləyib: “Biz eyni ştatda yaşayırıq. Uzun müddətdir bir yerdə məşq edirik. Ona görə də anlaşmada heç bir problem yoxdur. Üzərimdə təzyiq hiss etmirəm, çox rahatam. Öz evimizdə yarışırmış kimi davrandım”.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Fərdi
Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Fərdi
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Fərdi
Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Fərdi
Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"