53-cü Dünya Çempionatı: Bakıda yarışın 2-ci gününün qalibləri və təəssüratları - FOTO

53-cü Dünya Çempionatı: Bakıda yarışın 2-ci gününün qalibləri və təəssüratları - FOTO

Bakı Atıcılıq Mərkəzində dünya çempionatı yarışları davam edir.

APA xəbər verir ki, bu gün 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışında Çin yığmasının üzvləri rəqibləri böyük fərqlə məğlub edib.

16 xalla çinlilərin qızıl medal qazandığı yarışda 2 xal toplayan İran komandası gümüş medala sahiblənib. Yarışın bürünc medalçısı Fransa komandası olub.

Gümüş medalları qazanan İran milli komandasının üzvləri mundialla bağlı təəssüratlarını bölüşüblər.

Qadın idmançı Şermineh Çehel Amirani turnirin təşkilatçılığından razılığını ifadə edib:

“Yarışla bağlı ümumi təəssüratlarımız çox yaxşıdır. Bakı Atıcılıq Mərkəzində hər şey qaydasındadır. Neçə gündür Bakıdayıq. Təhlükəsizliklə bağlı heç bir problemimiz yoxdur”.

Onun komanda yoldaşı Amir Məhəmməd Nekunam isə Çin komandasıyla final görüşündən danışıb:

“Bu, idmandır. İdmanda udmaq da olur, uduzmaq da. Biz görüşə yaxşı başladıq. Ancaq Çin komandası çox güclü idi. Əsas odur ki, yekunda medalsız qalmadıq”.

O, ölkələrində məşq etməklə bağlı çətinliklərinin olduğunu bildirib:

“İranda məşq edən zaman güllə ilə bağlı problem yaşayırıq. Ancaq bu problemi müxtəlif ölkələrlə əməkdaşlıq edərək həll edirik. Məhdud olsa da, məşq etmək üçün müəyyən qədər imkanımız var”.

Bürünc medal qazanan Fransa komandasının kişi üzvü Romayn Ofyer mundialın təşkilatçığından razı qaldığını bildirib:

“Təcrübə göstərir ki, bu cür yarışları təşkil etmək çox çətindir. Amma biz burada olmaqdan məmnunuq. Burada özümüzü çox yaxşı hiss edirik. Bakı və dünya çempionatı ilə bağlı təəssüratlarımız çox gözəldir”.

Romaynın xanım həmkarı Oseann Muller isə iştirak etdikləri növdə Yay Olimpiya Oyunlarına lisenziya olmasa da, nəticənin onlar üçün vacib olduğunu bildirib:

“Biz daha əvvəl də həm gənclər, həm də böyüklər arasında keçirilən müxtəlif beynəlxalq yarışlarda iştirak etmişik. Olimpiadaya lisenziya verməsə də, qalib gəldiyimiz yarış bizim üçün vacibdir. Çünki, qarşıdan gələn turnirlərə hazırlıq nöqteyi nəzərdən gücümüzü bildik. Biz üzərimizdə heç bir təzyiq hiss etmirik. Daim yüksək pillələrdə olub, medallar qazanmaq istəyirik”.

Digər növlər
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Digər növlər
Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

Digər növlər
Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Digər növlər
"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

Digər növlər
AMADA il ərzində 1456 test götürüb

AMADA il ərzində 1456 test götürüb

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Digər növlər
 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb  - FOTO

 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb - FOTO

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb