Hidayət Abdullayev dünya çempionatında uğurlu çıxış etmiş para-üzgüçülərlə görüşüb

Hidayət Abdullayev dünya çempionatında uğurlu çıxış etmiş para-üzgüçülərlə görüşüb

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev üzgüçülük üzrə milli komandanın üzvləri ilə görüşüb

MPK-dan "Report"a verilən məlumata görə, baş məşqçi Alavərdi Culfayev, idmançılar və onların şəxsi məşqçilərinin iştirak etdiyi görüşdə Komitə prezidenti dünya çempionatının yığma üçün uğurlu keçdiyini bildirib. O yarışlarda medal və Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanan idmançıları təbrik edib.

Paralimpiya oyunlarına az vaxtın qaldığını vurğulayan H. Abdullayev qeyd edib ki, bu müddət ərzində hazırlıqlar daha intensiv və məqsədli olmalıdır. O, komanda üzvlərinin qarşıdakı yarışlara hazırlığı və psixoloji vəziyyəti ilə maraqlanıb.

A. Culfayev dünya çempionatının gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, komandanın qarşıya qoyulan əsas hədəflərə nail olduğunu qeyd edib.

Daha sonra növbəti yarışlara hazırlıqla bağlı müzakirələr aparılıb, Komitə rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilib.

Qeyd edək ki, Azərbaycan para-üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilmiş dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Eyni zamanda, idmançılar Raman Saley və Vəli İsrafilov Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Fərdi
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Fərdi
Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib