“Beşiktaş”a qarşı oynamış “Sabah”ın sabiq futbolçusu: “Onlar “Neftçi”yə daha ciddi yanaşacaqlar”

“Beşiktaş”a qarşı oynamış “Sabah”ın sabiq futbolçusu: “Onlar “Neftçi”yə daha ciddi yanaşacaqlar”

“Rəsmi oyun olduğu üçün “Beşiktaş” “Neftçi”yə daha ciddi yanaşacaq”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Abdulaye Ba mayda təşkil edilən xeyriyyə matçında “Sabah”ın heyətində üz-üzə gəldiyi Türkiyənin “Beşiktaş” klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.

Seneqallı mərkəz müdafiəçisi İstanbul təmsilçisinin bu dəfə Azərbaycana daha iddialı gəldiyini düşünür: “Həmin vaxt həssas məqam idi, xeyriyyə xarakterli görüşdə üz-üzə gəlirdik. Orada məqsəd zəlzələdən əziyyət çəkənlərə yardım etmək idi. Əlbəttə, biz də rəqibə öz gücümüzü göstərə bilmişdik. Təsadüfi deyil ki, görüş 3:3 hesabı ilə yekunlaşmışdı. Ancaq istənilən halda avrokubok qarşılaşmasına yanaşma fərqli olur. Yəqin siz də razılaşarsınız ki, “Beşiktaş” “Neftçi” ilə oyunun favoritidir. Ancaq futbolda çox sürprizlər görmüşük. Bakı təmsilçisi də heyətini xeyli gücləndirib. Üstəlik, mövsümün əvvəllərində heç bir komanda ideal formada olmur. “Neftçi” bundan yararlana bilər”.

Bir neçə gün əvvəl Portuqaliyanın “Tondela” klubuna keçən 32 yaşlı oyunçu sabiq komandası “Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya “Partizan”ı önündə şanslarını da dəyərləndirib: “Sabah” mənim sevimli komandamdır. Əlbəttə ki, onlara azarkeşlik edəcəyəm. Çox istərdim ki, “Partizan”ı da keçsinlər. Məncə, bunu reallaşdıra biləcək səviyyədə futbolçulara malikdirlər. Fikrimcə, bu cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. “Sabah” evdəki ilk matçda qələbə qazanmağa çalışacaq. Bunun üçün də azarkeşlərin dəstəyinə ehtiyacı var”.

Qeyd edək ki, avqustun 10-da “Sabah” “Bank Respublika Arena”da “Partizan”ı (20:00), “Neftçi” isə “Neftçi Arena”da “Beşiktaş”ı (21:00) qəbul edəcək.

Futbol
PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

Futbol
Azərbaycanlı funksioner Rusiya klubunun idman direktoru olub

Azərbaycanlı funksioner Rusiya klubunun idman direktoru olub

Futbol
"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

Futbol
İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

Futbol
Konfrans Liqasının oyunu azarkeşlərin kütləvi davasına görə gec başlayıb

Konfrans Liqasının oyunu azarkeşlərin kütləvi davasına görə gec başlayıb

Futbol
"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Futbol
"Qarabağ"ın futbolçusu: "Bir çox klub bizə həsəd aparmalıdır"

"Qarabağ"ın futbolçusu: "Bir çox klub bizə həsəd aparmalıdır"

Futbol
Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

Futbol
DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb