"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

"Qarabağ"ın kapitanı Maksim Medvedev Niderlandın "Tvente" və Qazaxıstanın "Astana" klublarından təklif alıb.

"Report"un məlumatına görə, bu barədə 34 yaşlı müdafiəçi klubun rəsmi yutub kanalında azarkeşlərin suallarını cavablandırarkən açıqlama verib.

O bildirib ki, Ensxede təmsilçisindən dəvət gənc yaşlarında gəlib: "Amma həmin vaxt ölkə xaricində oynamağa hazır deyildim. Ona görə də bu cür təkliflərə çox diqqət yetirmirdim. Daha da inkişaf edib komandama xeyir vermək istəyirdim".

Təcrübəli oyunçu "Astana"dan isə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etdikdən sonra təklif aldığını söyləyib: "Maraqlı variant idi. Müqavilədə böyük məbləğ yazılmışdı. Lakin məsləhətləşdikdən sonra "Qarabağ"da qalmağa qərar verdim".

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.

Futbol
"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Futbol
Tomas Tuxel istefaya göndərilib

Tomas Tuxel istefaya göndərilib

Futbol
Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

Futbol
Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Futbol
"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub