Konfrans Liqası: “Neftçi” - “Jelezniçar” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-4

Konfrans Liqası: “Neftçi” - “Jelezniçar” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-4

Bakıda “Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra Azərbaycan təmsilçisi 1:0 hesabı ilə öndədir.

21:52

Bakıda “Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

“Report”un məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

21:21

“Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

“Report”un məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 20-ci dəqiqədə ev sahiblərinin futbolçusu Kenni Sayef olub - 1:0.

21:01

“Neftçi” ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

“Report”un məlumatına görə, 8-ci km qəsəbə stadionunda oynanılan görüş saat 21:00-da start götürüb.

Qarşılaşmanı macarıstanlı baş hakim Balaş Berke idarə edir.

Qeyd edək ki, komandalar arasında Sarayevoda keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınıb.

19:56

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və “Jelezniçar”ın start heyətləri bəlli olub.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Neftçi” (Azərbaycan): 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev, 26. Ömər Buludov, 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi
Baş məşqçi: Adrian Mutu

“Jelezniçar” (Bosniya və Herseqovina): 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k), 6. Edin Kokaliç, 23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç, 18. Edin Biber, 77. Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç
Ehtiyat oyunçular: 1. Aydin Mulaliç, 3. Amar Musiç, 11. Hamza Qasal, 17. Andriya Drlio, 21. Nikola Turancanin, 23. Omar Beka, 26. Yosep Amoa, 30. Drazen Dubaçkiç
Baş məşqçi: Nermin Başiç

Qeyd edək ki, bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Futbol
"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
Lionel Messi dünyada ilin idmançısı seçilib

Lionel Messi dünyada ilin idmançısı seçilib

Futbol
Qətər komandası Dünya Çempionatını tərk edib

Qətər komandası Dünya Çempionatını tərk edib

Futbol
“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

Futbol
Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq

Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb

Futbol
"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

Futbol
Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Futbol
KİV: “Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

KİV: “Neftçi”nin baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir