Dünya və Avropa çempionatlarına yola düşəcək paralimpiyaçılarla görüş keçirilib

Dünya və Avropa çempionatlarına yola düşəcək paralimpiyaçılarla görüş keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Niderlandda keçiriləcək Avropa Paralimpiya Çempionatı və Birləşmiş Krallıqda təşkil ediləcək İBSA Dünya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyəti və idmançılarla görüş olub.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə qurumun prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, məşqçilər, idmançılar və digər əməkdaşlar iştirak ediblər.

H.Abdullayev həssas qrupdan olan vətəndaşlara dövlət qayğısının nəticəsi kimi, əlilliyi olan idmançıların xüsusi diqqətlə əhatələndiyini qeyd edib. O, milli üzvlərinin qarşıdan gələn mötəbər yarışlarda yaxşı nəticələr qazanacağına əmin olduğunu vurğulayaraq, onlara uğurlar arzulayıb. Komitə prezidenti Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına cəmi bir il vaxt qaldığını xatırladaraq, qalan müddət ərzində idmançıların beynəlxalq yarışlarda reytinq xalları və lisenziyalar qazanmalarının vacibliyini vurğulayıb.

İ.Zəkiyev yarışlarda iştirak edəcək idmançıların fiziki və psixoloji hazırlığının yüksək olduğunu qeyd edib.

Digər çıxış edənlər də paralimpiyaçılara uğurlar arzulayıb və onların hər iki mötəbər yarışdan yüksək nəticələrlə Vətənə qayıdacaqlarına inamlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları 8-20 avqustda Niderlandın Rotterdam şəhərində keçiriləcək Avropa Paralimpiya Çempionatına ayın 6-dan etibarən yola düşəcəklər. Yarışda 45 ölkədən 1500-ə yaxın idmançı iştirak edəcək. Azərbaycanı Avropa Paralimpiya Çempionatında 35 idmançı 7 idman növündə təmsil edəcək. Güllə atıcılığı və kamandan oxatma birbaşa lisenziya, digər idman növləri reytinq xalları qazandırır.

18-27 avqustda Birmingemdə keçiriləcək İBSA Dünya Oyunlarında isə 1 250 idmançı iştirak edəcək. Bu yarışda Azərbaycanın 20 idmançısı 2 növdə (16 idmançı cüdo, 4 idmançı şahmat) qüvvəsini sınayacaq.

Cüdoda əldə olunacaq nəticələr paralimpiadaya lisenziya üçün reytinq xalı qazandıracaq.

Fərdi
"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Fərdi
Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Fərdi
Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Fərdi
Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Fərdi
Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Fərdi
V1 Challenge Bakı Kuboku keçirilib

V1 Challenge Bakı Kuboku keçirilib