"Neftçi" və "Qəbələ" Konfrans Liqasında mübarizəyə başlayır

"Neftçi" və "Qəbələ" Konfrans Liqasında mübarizəyə başlayır

"Qəbələ" və "Neftçi" komandaları bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.

"QELEBE.AZ"un məlumatına görə, II təsnifat mərhələsinin ilk oyununda "qırmızı-qaralar" evdə Kipr "Omoniya"sını qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.

"Neftçi" isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından "Jelezniçar" olacaq. “Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Görüşdə ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul

20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr)
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu

23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, "Qrbavitsa" stadionu

Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Sabah" ötən gün Latviyada RFŞ komandasına 2 cavabsız qolla qalib gəlib.

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub

Futbol
Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Futbol
Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Futbol
"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

Futbol
Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Futbol
İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

Futbol
"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

Futbol
"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
Rusiyalı baş məşqçinin Qazaxıstan millisindəki taleyinə aydınlıq gəlib

Rusiyalı baş məşqçinin Qazaxıstan millisindəki taleyinə aydınlıq gəlib

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"