“Qarabağ” “Linkoln”la oyunda fasiləyə öndə yollanıb - YENİLƏNİB-4

“Qarabağ” “Linkoln”la oyunda fasiləyə öndə yollanıb - YENİLƏNİB-4

“Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil edilən qarşılaşmada komandalar fasiləyə yollanıblar.

“Qarabağ” birinci hissədə vurduğu qollar sayəsində 2:0 hesabı ilə öndədir.

20:45

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda daha bir qol vurulub.

“QELEBE.AZ”un məlumatına görə, Azərbaycan çempionu fərqi iki topa çatdırıb - 2:0.

45+1-ci dəqiqədə müdafiəçi Bəhlul Mustafazadə başla fərqlənib.

20:07

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

“QELEBE.AZ”un məlumatına görə, Azərbaycan çempionu rəqib qapısına yol tapıb.

Matçın 7-ci dəqiqəsində Abdullah Zubir fərqlənib - 1:0.

20:00

Bakıda "Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü albaniyalı Eldorjan Hamitinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.

18:56

Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln”un start heyətləri açıqlanıb.

“QELEBE.AZ” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ” (Azərbaycan): 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

“Linkoln” (Cəbəllütariq): 23. Deyl Kolinq, 6. Bernardu Lopeş (k), 24. Con Sarcent, 21. Nano, 5. İbrahim Ayu, 88. Mandi, 20. Mustafa Yahaya, 10. Liam Uoker, 66. İtan Britto, 9. Kike Qomes, 7. Li Kasyaro
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Acayi, 11. Xuampe, 17. Marko Rosa, 19. Xuan Penya, 29. Roy Çipolina, 31. Conatan Şortino, 33. Cumaney Börnet, 77. Kayl Klinton
Baş məşqçi: Xavi Munyos

Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. İyulun 11-də “Viktoriya” stadionundakı ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Futbol
Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyunlarının təyinatları bəlli olub

Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyunlarının təyinatları bəlli olub

Futbol
“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır

“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır

Futbol
Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Futbol
La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

Futbol
Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Futbol
UEFA İndoneziyada stadionda zərərçəkənlərlə həmrəy olduğunu bildirib

UEFA İndoneziyada stadionda zərərçəkənlərlə həmrəy olduğunu bildirib

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Futbol
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol
İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

Futbol
Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub

Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub