"Neftçi"nin sabiq futbolçusu Portuqaliya klubuna keçib
"Neftçi"nin sabiq futbolçusu Xorxe Korrea karyerasını Portuqaliyanın "Torrense" komandasında davam etdirəcək.
"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı oyunçu 2021/2022 mövsümünün ilk hissəsində "ağ-qaralar"ın şərəfini qoruyub.

https://qelebe.az//uploads/photo/neftchinin-sabiq-futbolchusu-portuqaliya-klubuna-kechib.webp











