III Avropa Oyunları: Azərbaycan badmintonçusu növbəti qələbəsini qazanıb
Azərbaycan basmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı D qrupundakı ikinci matçında Moldova təmsilçisi Vlada Qinqa ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən (2:0) Keyşa Fatimə Zəhra ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün litvalı Samanta Qolubikaiteyə qalib gəlmişdi.
Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, badminton idman növü Avropa Oyunlarında Avropa çempionatı statusu daşıyır və dünya çempionatından sonra Paris olimpiadasına ən yüksək reytinq xalları verir.

https://qelebe.az//uploads/photo/iii-avropa-oyunlari-azerbaycan-badmintonchusu-novbeti-qelebesini-qazanib.webp











