Avropa çempionatı: Əliyar Ağayev açılış oyununu idarə edib, Kaşuk Ukraynaya qələbə qazandırıb

Avropa çempionatı: Əliyar Ağayev açılış oyununu idarə edib, Kaşuk Ukraynaya qələbə qazandırıb

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına start verilib.

"Report"un məlumatına görə, turnirin Belçika və Niderland yığmaları arasında keçirilən açılış oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib. Gürcüstanın paytaxtı Tbilisidəki "Mesxi" stadionunda oynanılan A qrupunun matçında qapılara qol vurulmayıb.

36 yaşlı referi görüş ərzində 5 dəfə əlini cibinə atıb. O, "qırmızı şeytanlar"dan 3, "narıncılar"dan isə 2 futbolçuya sarı vərəqə göstərib.

Bu qrupun digər oyununda sensasiya qeydə alınıb. Gürcüstan seçməsi doğma meydanda Portuqaliyanı 2 cavabsız qolla üstələyib.

B qrupunun ilk matçında isə Ukrayna millisi Xorvatiyanı məğlub edib - 2:0. Hesabı ötən mövsümü icarə əsasında "Sabah"da keçirmiş Aleksey Kaşuk açıb. 19-cu dəqiqədə fərqlənən hücumameyilli yarımmüdafiəçi qitə çempionatının ilk qoluna imza atıb. 23 yaşlı vinger komandasının vurduğu ikinci qol zamanı isə Danilo Sikana məhsuldar ötürmə edib.

B qrupunun Rumıniya - İspaniya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.

Futbol
"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Futbol
UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb

UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

Futbol
"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

Futbol
"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

Futbol
“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Futbol
Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub

Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub