Sərxan Hacıyev: "Premyer Liqada 10 komanda olacaq, Elmar Məmmədyarov yanlış anlayıb" - YENİLƏNİB
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.
Bu barədə "QELEBE.AZ"a AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib: "Ola bilsin ki, Elmar müəllim yanlış anlayıb. Əvvəldən dediyimiz kimi Premyer Liqada sonuncu yerin sahibi olan "Şamaxı" çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş "Araz Naxçıvan" elitaya yüksələcək".
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 12 komanda mübarizə aparacaq.
Bu barədə "QELEBE.AZ"a AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov məlumat verib.
O, "Zaqatala" və "Araz Naxçıvan"ın elitada çıxış edəcəyini söyləyib.
Məmmədyarov I Divizionda 10, II Divizionda 12 komandanın yer alacağını söyləyib.

https://qelebe.az//uploads/photo/serxan-haciyev-premyer-liqada-10-komanda-olacaq-elmar-memmedyarov-yanlish-anlayib-yenilenib.webp












