Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq
Azərbaycan futbolunda mövsüm başa çatmaq üzrədir. May ayının sonunda ölkə çempionatının 4 liqasında da mübarizə yekunlaşacaq.
Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu mayın 27-də, I Liqaya vəsiqə uğrunda pley-off matçı 28-də, II Liqaya vəsiqə uğrunda pley-off görüşü isə 29-da keçiriləcək.
Bütün matçlar neytral meydanlarda baş tutacaq.
Yəqin ki, futbol ictimaiyyətinin və azarkeşlərin əsas marağı, diqqəti Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında olacaq. Həm də bir çoxumuzun ağlında cavablanası əsas sual var. Belə ki, elita klubları legioner limitindən azaddır, I Liqa təmsilçiləri isə eyni anda yalnız 3 əcnəbi futbolçu ilə çıxış edə bilər.
Bəs, pley-off matçında hansı qayda əsas götürüləcək?
“Apasport”un məlumatına görə, bütün pley-off matçları üst liqanın qaydaları ilə keçiriləcək.
Misli Premyer Liqasına vəsiqə uğrunda görüşdə hər iki komanda meydana legioner limiti olmadan çıxa biləcək.
I Liqaya vəsiqə uğrunda matçda tərəflər 3 əcnəbi futbolçunun xidmətindən istifadə edə bilərlər.
II Liqaya vəsiqə uğrunda qarşılaşmada isə yalnız Azərbaycan pasportuna malik oyunçular meydanda olacaqlar.
Pley-offl oyunlarının təqvimi aşağıdakı kimidir:
I Liqaya vəsiqə uğrunda pley-off oyunu
27 may
I Liqada 9-cu yerin sahibi – II Liqada 2-ci yerin sahibi (neytral meydan)
Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu
28 may
Premyer Liqada 11-ci yerin sahibi – I Liqada 2-ci yerin sahibi (neytral meydan)
II Liqaya vəsiqə uğrunda pley-off oyunları
29 may
II Liqada 11-cu yerin sahibi – Region Liqasında 2-ci yerin sahibi (neytral meydan)
II Liqada 10-cu yerin sahibi – Region Liqasında 3-cü yerin sahibi (neytral meydan)

https://qelebe.az//uploads/photo/azerbaycan-futbolunda-helledici-qerar-premyer-liqa-pley-offunda-limit-olmayacaq.webp