Qelebə.az / Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq

Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq

Bu gün, 13:22

Azərbaycan futbolunda mövsüm başa çatmaq üzrədir. May ayının sonunda ölkə çempionatının 4 liqasında da mübarizə yekunlaşacaq.

Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu mayın 27-də, I Liqaya vəsiqə uğrunda pley-off matçı 28-də, II Liqaya vəsiqə uğrunda pley-off görüşü isə 29-da keçiriləcək.

Bütün matçlar neytral meydanlarda baş tutacaq. 

Yəqin ki, futbol ictimaiyyətinin və azarkeşlərin əsas marağı, diqqəti Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında olacaq. Həm də bir çoxumuzun ağlında cavablanası əsas sual var. Belə ki, elita klubları legioner limitindən azaddır, I Liqa təmsilçiləri isə eyni anda yalnız 3 əcnəbi futbolçu ilə çıxış edə bilər.

Bəs, pley-off matçında hansı qayda əsas götürüləcək?

“Apasport”un məlumatına görə, bütün pley-off matçları üst liqanın qaydaları ilə keçiriləcək.

Misli Premyer Liqasına vəsiqə uğrunda görüşdə hər iki komanda meydana legioner limiti olmadan çıxa biləcək. 

I Liqaya vəsiqə uğrunda matçda tərəflər 3 əcnəbi futbolçunun xidmətindən istifadə edə bilərlər. 

II Liqaya vəsiqə uğrunda qarşılaşmada isə yalnız Azərbaycan pasportuna malik oyunçular meydanda olacaqlar.

Pley-offl oyunlarının təqvimi aşağıdakı kimidir:

I Liqaya vəsiqə uğrunda pley-off oyunu 
27 may 
I Liqada 9-cu yerin sahibi – II Liqada 2-ci yerin sahibi (neytral meydan) 

Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu 
28 may 
Premyer Liqada 11-ci yerin sahibi – I Liqada 2-ci yerin sahibi (neytral meydan) 

II Liqaya vəsiqə uğrunda pley-off oyunları 
29 may 

II Liqada 11-cu yerin sahibi – Region Liqasında 2-ci yerin sahibi (neytral meydan) 
II Liqada 10-cu yerin sahibi – Region Liqasında 3-cü yerin sahibi (neytral meydan)

Geri qayıt