ANAMA-nın sahə əməkdaşlarının iştirakı ilə mini-futbol turnirinə start verilib

ANAMA-nın sahə əməkdaşlarının iştirakı ilə mini-futbol turnirinə start verilib

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Qurumdan "QELEBE.AZ"a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan ANAMA əməkdaşları arasında mini-futbol turnirinə start verilib.

15 iyun - Milli Qurtuluş Günündə açılış mərasimi baş tutan yarışın 15 iyul Agentliyin yaradılmasının 25 illik ildönümü ərəfəsində başa çatması nəzərdə tutulub.

Agentliyin Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə həyata keçirilən turnir çərçivəsində ANAMA əməkdaşlarından ibarət 8 komanda mübarizə aparacaq. İlk qarşılaşma Agentliyin Xocavənd mobil bazasında Şuşa və Xocavənd komandaları arasında baş tutub.

Oyundan öncə Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış tədbirində ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, İdarə Heyəti sədrinin müavini Samir Poladov, Futbolun İnkişaf Fondunun İcraçı Direktoru Tural Piriyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Əli Zeynalov, BAMF-ın prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev və digər qonaqlar iştirak ediblər.

Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov açılış nitqi ilə çıxış edərək komandalara uğurlar arzulayıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş yarışın əhəmiyyətindən söz açaraq Ulu Öndər tərəfindən əsası qoyulmuş idman siyasətininin inkişaf yolundan, Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib.

Keçiriləcək növbəti oyunların Agentliyin digər mobil bazalarında baş tutması nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA-nın təşəbbüsü ilə həyata keçirilən ilk futbol turnirində Xocavənd komandası 4:1 hesabı ilə qalib gəlib.

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

Futbol
Moldova - Azərbaycan oyunu başlayıb

Moldova - Azərbaycan oyunu başlayıb

Futbol
Məşhur futbolçunun qardaşı həbs edilib

Məşhur futbolçunun qardaşı həbs edilib

Futbol
DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

Futbol
Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Futbol
Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
Dünya çempionatının favoriti bəlli olub

Dünya çempionatının favoriti bəlli olub

Futbol
"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Futbol
Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”