Yunan-Roma güləşi üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, iyunun 4-dən Göygöl Olimpiya İdman Kompleksində məskunlaşan yığma ayın 18-dək xüsusi fiziki hazırlığı əhatə edən təlim keçəcək.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 26 güləşçi toplanışda iştirak edir. Gündəlik iki məşqin olduğu hazırlıq prosesinə Eldəniz Əzizli, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihat Məmmədli, Murad Məmmədov, Nihad Quluzadə (hamısı 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Həsən Məmmədli, Əsgər Əlizadə (hamısı 67 kq), Ülvü Qənizadə, Nihad Məmmədli (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli, Qurban Qurbanov (hamısı 77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə, Elcan Məmmədov (hamısı 82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev, Laçın Vəliyev (hamısı 87 kq), Arif Niftullayev, Zamir Maqomedov, Murad Əhmədiyev (hamısı 97 kq), Sabah Şəriəti və Sərxan Məmmədov (hər ikisi 130 kq) cəlb edilib. Fiziki hazırlıq üzrə məşqlər ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı əsasında həyata keçirilir.

Qadınlardan ibarət millinin bir neçə üzvü isə iyunun 7-də Rumıniyaya yollanacaq. Baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) iyunun 19-dək Buxarestdə başqa ölkələrin güləşçiləriylə birgə təlim-məşq toplanışında olacaqlar.

Qeyd edək ki, hər iki yığmanın təlim-məşq toplanışı sentyabrın 16-dan 24-dək Serbiyada keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Fərdi
Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib

BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"