Avropa Liqası: Finalda bir sıra rekordlar və ilklər qeydə alınıb

Avropa Liqası: Finalda bir sıra rekordlar və ilklər qeydə alınıb

UEFA Avropa Liqasının “Sevilya” (İspaniya) və “Roma” (İtaliya) klubları arasında keçirilən final oyunu bir sıra rekordlar və ilklərlə yadda qalıb.

“Report”un məlumatına görə, xüsusən də, 7-ci dəfə titula sahib çıxan “Sevilya” bir neçə rekordu yeniləyib.

- Avropa Liqasında keçirdiyi 7 finalın hamısında qələbə qazanan “Sevilya” beynəlxalq arenadakı titul sayına görə cəmi 5 klubdan geri qalır. Bunlar “Real Madrid” (İspaniya – 16 dəfə), “Barselona” (İspaniya - 12), “Milan” (İtaliya - 9), “Liverpul” (İngiltərə - 9) və “Bavariya”dır (Almaniya - 8).

- “Sevilya” XXI əsrdə avrokuboklarda ən çox titul qazanan komanda ünvanını ələ keçirib. Əndəlüslülər 7 kubok qazanıblarsa, İspaniyanın digər təmsilçisi “Real Madrid”də bu say 6-dır.

- İspaniya komandaları digər ölkələrin nümayəndələri ilə qarşılaşdıqları son 18 final görüşünün hamısında qalib gəliblər. Bu seriya 2002-ci ildə Çempionlar Liqasının həlledici matçında “Real Madrid”in Almaniya “Bayer”i üzərində qazandığı qələbə ilə başlayıb.

- “Sevilya” üçüncü dəfə avrokubokların finalında penaltilər seriyasından üstün ayrılıb. İspanlar İngiltərə “Liverpul”unun bu göstəricidəki rekordunu təkrarlayıblar.

- “Roma”nın baş məşqçisi Joze Mourinyo avrokuboklarda keçirdiyi altıncı final qarşılaşmasında ilk dəfə məğlub olub.

- Mourinyonun karyerası ərzində rəhbərlik etdiyi komandalar bütün turnirlərdə 11 penalti seriyasından 9-da məğlub olub.

- “Roma”nın hücumçusu Paulo Dybala 2010/2011 mövsümündə Çempionlar Liqasının həlledici görüşündə fərqlənən Lionel Messidən (“Barselona”) sonra UEFA yarışlarının finalında qol vuran ilk argentinalıdır. Dibala həm də Xorxe Valdano (1985 və 1986), Dieqo Maradona (1989), Xavyer Zanetti (1998) və Ernan Krespodan sonra Avropa Liqasının (UEFA Kubokunun) finalında qol vuran 5-ci argentinalıdır.

- Son 20 ildə avrokubokların finallarında cəmi 2 avtoqol olub. Maraqlıdır ki, bundan əvvəlki avtoqol da məhz “Sevilya”ya qarşı reallaşıb. 2020-ci ildə “İnter”in hücumçusu Romelu Lukaku topu öz qapısından keçirib. Bu dəfə isə “Roma”nın üzvü Canluka Mançini avtoqola imza atıb.

- Xesus Navas (“Sevilya”) sabiq “Reyncers”li David Veirdən (38 yaş 4 gün) sonra Avropa Liqasının finalına çıxan ən yaşlı ikinci meydan oyunçusudur - 37 yaş 191 gün.

- “Sevilya”nın yarımmüdafiəçisi Erik Lamela karyerası ərzində çıxdığı 7-ci final görüşündə ilk dəfə titul qazanmağı bacarıb.

Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında “Roma”nı 4:1 hesabı ilə məğlub edən “Sevilya” turnirin qalibi olub.

Futbol
KİV: Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs ediliblər

KİV: Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs ediliblər

Futbol
PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

Futbol
Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Futbol
“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

Futbol
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Futbol
“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Futbol
"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb

"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb