Azərbaycanın 3 taekvondoçusu dünya çempionatında çıxışını başa vurub - FOTO - YENİLƏNİB-2

Azərbaycanın 3 taekvondoçusu dünya çempionatında çıxışını başa vurub - FOTO - YENİLƏNİB-2

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

QELEBE.AZ saytının məlumatına görə, bu gün dayanq üzərinə çıxan Azərbaycan millisinin 3 idmançısı yarışla 1/8 finalda vidalaşıblar.

87 kq çəkidə dayanq üzərinə çıxan Taleh Süleymanov 1/4 finala gedən yolda Maykl Rodrigesə (ABŞ) məğlub olub. Patimat Abakarova (49 kq) Botakoz Kapanova (Qazaxıstan), Əliəskər Əliyev (80 kq) isə Migel Treyos (Kolumbiya) səddini keçə bilməyib.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Yarışda bu gün 3 çəki dərəcəsində mükafatçılar bəlli olacaq.

***

Saat. 13:14

Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.

QELEBE.AZ saytının məlumatına görə, 87 kq çəkidə dayanq üzərinə çıxan Taleh Süleymanov ilk döyüşünü qələbə ilə başa vurub.

O, 1/16 finalda Manuel Polletə (Belçika) qalib gəlib – 2:0. Süleymanov 1/8 finalda Maykl Rodrigeslə (ABŞ) gücünü yoxlayacaq.

Qeyd edək ki, Süleymanovdan öncə Əliəskər Əliyev (80 kq) və Patimat Abakarova (49 kq) da 1/8 finala vəsiqə əldə edib.

***

Saat. 12:13.

Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb.

QELEBE.AZ saytının məlumatına görə, Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkib.

Döyüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, 2:1 hesabı ilə qalib gəlib. Abakarova 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.

***

Saat. 11:21

Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının üçüncü günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.

QELEBE.AZ saytının məlumatına görə, kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumareyə (Seneqal) qarşı keçirib. Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. O, 1/8 finalda Migel Treyosla (Kolumbiya) döyüşəcək.

87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) ilə qüvvəsini sınayacaq.

Patimat Abakarova (49 kq) isə 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Döyüş növləri
Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları İtaliyada Avropa birinciliyində iştirak edəcək

Azərbaycan boksçuları İtaliyada Avropa birinciliyində iştirak edəcək

Döyüş növləri
Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Döyüş növləri
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Döyüş növləri
FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək