"Səbail" rəsmisi qeyri-etik hərəkət edən futbolçu haqqında: "Cəzasını alacaq"

"Səbail" rəsmisi qeyri-etik hərəkət edən futbolçu haqqında: "Cəzasını alacaq"

"Futbolçu cəzasını alacaq".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Səbail"in icraçı direktoru Fərəc Əliyev "Turan Tovuz"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXV tur matçında oyunçuları Qoba Zakpanın qol sevinci zamanı qeyri-etik hərəkət etməsi barədə danışarkən deyib.

Klub rəsmisi 31 yaşlı hücumçu ilə görüş olacağını bildirib: "Məsələni aydınlaşdıracağıq. Biz hələlik onunla danışmamışıq. Bu gün iclas olacaq və ictimaiyyətə xəbər verəcəyik".

Əliyev "portuqaliyalı forvard komandadan göndərilə bilərmi" sualını da cavablandırıb: "Əvvəlcədən heç nə demək istəmirəm. İlk olaraq futbolçunu dinləyəcəyik, sonra açıqlama verəcəyik".

"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev də oyunçunun cəzalanmasını istədiklərini vurğulayıb: "Görüş zamanı epizodu görməmişdim. Dünən axşam göstərdilər. Bu, ilk belə hal deyil. Digər komandaların legioneri də qollar vuranda qeyri-etik hərəkətlər edirlər. Ümid edirəm ki, klublarda belələrinə təlim-tərbiyə keçərlər. Onlar hansı ölkədə oynadıqlarını anlamalıdırlar. Bu, bizim oyunçulara da aiddir. Komanda olaraq belə futbolçuların sərt şəkildə cəzalandırılmasının tərəfdarıyıq. Bizim oyunçu da olsa, cəza verilməlidir. Mən oynadığım dönəmi də xatırlayıram. Ədəbsiz jesti edənlər legionerlər olub. Baş məşqçimiz Ayxan Abbasov bütün futbolçulara rəqib baş məşqçi və oyunçularla sərt danışığı belə qadağan edir. Ümid edirəm ki, epizoda baxarlar və sərt cəza verərlər. Heç vaxt oyunçunun cəzalanmasını istəməmişəm. Amma dünənki epizoddan sonra bunu istəyirəm. Bizim qarşılaşmalara tribunadan xanım azarkeşlər də baxır".

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov məsələyə qısa şərh verib: "Baş hakim bunu protokolunda qeyd etməyibsə, komitə cəza verə bilər. Bu, pozuntudan və ya qərardan asılıdır. Onun qeyri-etik olub-olmaması araşdırılmalıdır".

Qeyd edək ki, "Turan Tovuz" - "Səbail" matçında ikincilərin hücumçusu Qoba Zakpa 90+3-cü dəqiqədə sonuncu qolu vurduqdan sonra qeyri-etik hərəkət edib.

Futbol
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

Futbol
Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Futbol
Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Futbol
Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Futbol
"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək"

"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək"

Futbol
Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol
AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

Futbol
PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

Futbol
Qaret Beyl karyerasını bitirdiyini elan edib

Qaret Beyl karyerasını bitirdiyini elan edib

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Futbol
İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib