Premyer Liqa: Avrokuboka 4-cü vəsiqə və elitanı tərk edəcək klub sonuncu turda bəlli olacaq

Premyer Liqa: Avrokuboka 4-cü vəsiqə və elitanı tərk edəcək klub sonuncu turda bəlli olacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə daha dörd qarşılaşma oynanılıb.

"Turan Tovuz" doğma meydanda "Səbail"lə heç-heçə edib - 2:2. Meydan sahiblərinin qollarını 2-ci dəqiqədə Şəhriyar Əliyev, 49-cu dəqiqədə isə Ayxan Quseynov vurub. "Dənizçilər"in heyətində 73-cü dəqiqədə Franko Mazurek, 90+3-cü dəqiqədə Qoba Zakpa fərqlənib.

Çempionluğunu rəsmiləşdirən "Qarabağ" evdə "Sumqayıt"a 1:2 hesabı ilə yenilib. "Gənclik şəhəri" təmsilçisində 33-cü dəqiqədə penaltidən Vüsal İsgəndərli, 39-cu dəqiqədə Səbuhi Abdullazadə adını tabloya yazdırıb. "Köhlən atlar"da 89-cu dəqiqədə Riçard Almeyda fərqlənib.

"Şamaxı" - "Qəbələ" və "Sabah" - "Zirə" görüşləri qolsuz bərabərliklə başa çatıb. Beləliklə, Premyer Liqada avrokuboka dördüncü vəsiqə və elitanı tərk edəcək klub sonuncu - XXXVI turda müəyyənləşəcək.

Turnir cədvəli:

"Qarabağ" - 87 xal

"Sabah" - 81 xal

"Neftçi" - 65 xal

"Qəbələ" - 49 xal

"Zirə" - 47 xal

"Turan Tovuz" - 39 xal

"Kəpəz" - 30 xal

"Sumqayıt" - 28 xal

"Səbail" - 26 xal

"Şamaxı" - 25 xal

Qeyd edək ki, turun ilk matçında "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb

Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb

Futbol
Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

Futbol
"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

Futbol
DÇ-2022 ərəfəsində Fransada Qətər millisini terrorçu kimi təsvir edən karikatura dərc olunub

DÇ-2022 ərəfəsində Fransada Qətər millisini terrorçu kimi təsvir edən karikatura dərc olunub

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

Futbol
DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"