Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

"Sabah mənim meydana çıxıb-çıxmamağım deyil, qələbə qazanmaq daha önəmlidir. Oynasam, qələbə üçün əlimdən gələni edəcəyəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Olimpiakos"un futbolçusu Matyö Valbuena Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Əvvəlki iki turda məğlub olduqlarını xatırladan fransalı yarımmüdafiəçi bildirib ki, ilk xallarını qazanmaq üçün meydanda hər şeyi edəcəklər: "Tamamilə oyuna köklənmişik. Baş məşqçinin tapşırıqlarını səhvsiz yerinə yetirməyə çalışacağıq ki, istəyimizə çataq".

38 yaşlı oyunçu "Qarabağ"la matçda daha çox mübarizə aparmalı olduqlarını vurğulayıb: "Yaxşı komandamız, yüksək səviyyəli futbolçularımız var. Doğru yoldayıq. Əzmlə çalışsaq, nəticə özü gələcək".

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Polşa növbəti sensasiyaya imkan verməyib

Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq