Bakıda bədii gimnastika üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının təntənəli açılış mərasimi olub.

"Report"un məlumatına görə, əvvəlcə iştirakçı ölkələrin bayraqlarının paradı keçirilib.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib. İspaniya Gimnastika Federasiyasının nümayəndəsi Monika Fornie Qarsia hakimlər, azərbaycanlı gimnast Güllü Ağalarzadə atletlər, Monteneqro yığma komandasının məşqçisi Vesna Podniç isə məşqçilər adından təntənəli şəkildə and içiblər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik, idmanda ədalət prinsipi və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladıb.

Avropa Gimnastikasının prezidenti, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov açılış mərasimində iştirakçıları təbrik edərək uğurlar arzulayıb. Azərbaycanın artıq beşinci dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə gimnastikanın bu növü üzrə iki dəfə dünya çempionatının təşkil olunduğunu deyib. Bildirib ki, bir neçə gün əvvəl Beynəlxalq Gimnastika Federasiyası Şurası 2027-ci il dünya çempionatını yenidən ölkəmizə həvalə edib: "Bu münasibətlə bütün gimnastikasevərləri təbrik edirəm".

Turnirin yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkürünü bildirən F.Qayıbov qeyd edib ki, belə mötəbər yarışın keçirilməsində dövlətin qayğısı danılmazdır: "Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmana və idmançılara böyük diqqət ilə yanaşır".

İştirakçılara uğurlar arzulayan F.Qayıbov çempionatı açıq elan edib.

Daha sonra məşhur müğənni Vaqif Nağıyev Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Fərdi
Azərbaycanın daha bir stolüstü tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir stolüstü tennisçisi erməniyə qalib gəlib

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şaiyələrə aydınlıq gətirib

Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şaiyələrə aydınlıq gətirib

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Fərdi
London marafonunda faciəvi hadisə baş verib

London marafonunda faciəvi hadisə baş verib

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Fərdi
Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Fərdi
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Fərdi
AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"