AFFA-nın baş katibi: “Lisenziyanı əldə etmək Premyer Liqaya vəsiqə qazanmaq deyil”

AFFA-nın baş katibi: “Lisenziyanı əldə etmək Premyer Liqaya vəsiqə qazanmaq deyil”

“Lisenziyanı əldə etmək Premyer Liqaya vəsiqə qazanmaq deyil”.

Bunu “QELEBE.AZ”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun Lisenziya Komissiyasının qərarı ilə “Araz-Naxçıvan” və “Zaqatala”nın Premyer Liqada iştirak üçün lisenziya almalarına münasibət bildirərkən deyib.

Milli assosiasiya rəsmisi yarışın Əsasnaməsinə uyğun olaraq, Birinci Divizionda çempion olan komandanın Premyer Liqaya vəsiqə qazanacağını xatırladıb: “Belə olan təqdirdə yüksək liqada sonuncu yeri tutan elitanı tərk etməlidir. Birinci Diviziondan Premyer Liqaya lisenziya qazanan digər klublar çempion olmadıqları üçün yüksək liqaya vəsiqə əldə etmirlər”.

S.Hacıyev Premyer Liqada komanda sayının artırılıb-artırılmayacağına AFFA İcraiyyə Komitəsinin qərar verəcəyini vurğulayıb: “Komitə məsələ ilə bağlı hələlik qərarını verməyib. Bu, o deməkdir ki, hazırda ancaq aşağı liqada birinci yeri tutan və lisenziya alan komanda Premyer Liqaya vəsiqə əldə edib. Əgər Birinci Divizionun qalibi olan və lisenziya alan komanda hansısa səbəbdən Premyer Liqada iştirakdan imtina etsə, o zaman lisenziya qazanan digər komandaların məsələsi nəzərdən keçirilə bilər. Bütün bunlar da AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq məsələlərdir”.

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyası 2023/2024 mövsümündə Premyer Liqada iştirak etmək üçün 12 kluba lisenziya verib.

Futbol
"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

Futbol
İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

Futbol
"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

Futbol
Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Futbol
AFFA cəzaları açıqladı: “Zirə”nin futbolçusu 2, “Kəpəz”in müdafiəçisi 4 matçda oynamayacaq

AFFA cəzaları açıqladı: “Zirə”nin futbolçusu 2, “Kəpəz”in müdafiəçisi 4 matçda oynamayacaq

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

Futbol
"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

Futbol
KİV: Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs ediliblər

KİV: Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs ediliblər

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO