Atıcılıq üzrə “Dünya Kuboku 2023"ün son günü: bugünkü qalib medalını anasına həsr etdi - FOTO

Atıcılıq üzrə “Dünya Kuboku 2023"ün son günü: bugünkü qalib medalını anasına həsr etdi - FOTO

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023” sona çatıb.

APA xəbər verir ki, bu gün 2 növdə mükafatçılar bəlli olub.

Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsi keçirilib.

Bu finalda 6 idmançı yarışıb. Almaniyalı Florian Peter 27 xalla üçüncü yeri tutub. Gümüş medalı Fransa təmsilçisi Klemen Besua 32 xalla əldə edib. Yarışın qalibi isə Çin idmançısı Yu Heng Li olub. 33 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.

Təqdimat mərasimindən sonra qaliblər jurnalistlərə müsahibə veriblər. Fransalı Klemen Besua Azərbaycanda atıcılıqla bağlı bütün beynəlxalq yarışlarda iştirak etdiyini bildirib və oyunlarda yaradılmış şəraitə görə təşəkkür edib.

Çinli qalib Yu Heng Li 7 il əvvəl Bakı Atıcılıq Mərkəzində olduğunu bildirib. “Təltifetmə mərasimindən sonra könüllülərdən və qonaqlardan özümə qarşı xüsusi sevgi gördüm. Yaxınlaşıb şəkil çəkdirir, təbrik edirdilər. Düşünmürəm ki, bu, Olimpiadada iki dəfə bürünc medal aldığıma görədir. Bu gün Analar Günüdür. Aldığım qızıl medalı anama həsr edirəm”, - çinli atıcı belə deyib.

Kubokun son yarışı qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş üzrə olub. Almaniyalı Liza Müller 448.9 xalla bürünc medala layiq görülüb. Norveç komandasının üzvü Canett Heqq Duestad 463.6 xalla gümüş medal qazanıb. Böyük Britaniyalı Şona Makintoş isə 467 xalla Bakıda keçirilən Dünya Kuboku 2023"ün son qızıl medalçısı olub.

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Digər növlər
Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO - VİDEO

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO - VİDEO

Digər növlər
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO