Ceyhun Bayramov Ulu Öndərin xatirə turnirində fərqlənən XİN komandasının üzvləri ilə görüşüb

Ceyhun Bayramov Ulu Öndərin xatirə turnirində fərqlənən XİN komandasının üzvləri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, AFFA və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilmiş minifutbol turnirində "Ən yaxşı feyr-pley komandası" mükafatına layiq görülmüş Xarici İşlər Nazirliyinin (XİN) komandasının üzvləri ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, nazir bu münasibətlə komanda üzvlərini təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb.

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş, yüksək səviyyədə təşkil edilmiş və gərgin mübarizə şəraitində keçən turnirin qrup mərhələsində komandanın keçirdiyi 12 oyundan 9-da qalib gələrək öz qrupunda ikinci ən yüksək nəticə göstərməsinin XİN kollektivi tərəfindən sevinclə qarşılandığı diqqətə çatdırılıb.

Kifayət qədər rəqabətli keçən oyunlarda etika və qarşılıqlı hörmət prinsipləri, turnirin qaydaları və tələbələrinə riayət olunmasında nümunəvi yanaşma sərgiləyən kollektivin "Ən yaxşı feyr-pley komandası" mükafatına layiq görülməsinin təqdirəlayiq olduğu bildirilib.

Sözügedən turnirin sağlam və fiziki cəhətdən fəal həyat tərzinin təbliğini özündə əks etdirdiyini, o cümlədən dövlət qurumları əməkdaşları arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edən Ceyhun Bayramov yüksək səviyyəli təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə təşəkkür ifadə edib.

Daha sonra çıxış edən XİN-in futbol komandasının kapitanı, xarici işlər nazirinin müavini Elnur Məmmədov oyunlar barədə təəssüratlarını bölüşüb, bundan sonra da aktiv şəkildə yarışlarda uğur qazanılması istiqamətində səy göstəriləcəyini diqqətə çatdırıb.

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
DÇ-2022: Qətər və Seneqal millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Qətər və Seneqal millilərinin start heyətləri bəlli olub

Futbol
Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Futbol
"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

Futbol
Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Futbol
"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

Futbol
Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Futbol
Abdullah Zubir: "Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq"

Abdullah Zubir: "Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq"

Futbol
FIFA Seneqal Futbol Federasiyasını cərimələyib

FIFA Seneqal Futbol Federasiyasını cərimələyib