Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Avropa Kubokunun açılış mərasimi keçirilib

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Avropa Kubokunun açılış mərasimi keçirilib

Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu, Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Gmeiner, hakimlər üzrə komissarı Mətin Özkan, eləcə də, Gənclər və İdman Nazirliyinin, Göygöl rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Təşkilatçılar ilk olaraq Azərbaycan və Türkiyə cüdoçularının da iştirakı ilə Ulu Öndərin abidəsini ziyarət ediblər.

Açılış mərasimində çıxış edən Albert Gmeiner Azərbaycanda cüdoya olan diqqət və qayğıdan məmnun qaldıqlarını bildirib: "Azərbaycanın mötəbər yarışlara ev sahibliyi etmək təcrübəsi böyükdür. Yeniyetmələr arasında Avropa Kubokunun regionda ilk olaraq Azərbaycanda keçirilməsi də bu mənada təsadüfi deyil. Belə gözəl məkanda yaradılan şərait də yüksək səviyyədədir".

Ardından nitq söyləyən Gənclər və İdman Nazirliyinin regionlarla iş üzrə sektor müdiri Yaşar Rzayev nazir Fərid Qayıbovun salamını çatdırıb: "Bütün iştirakçılara uğurlar arzulayırıq. İdmançılara demək istəyirəm ki, güclü qalib gəlsin".

Göygöl icra başçısının müavini Arzu Qocayev qonaqları burada görməyin onlar üçün fəxr olduğunu vurğulayıb: "Qədim tarixə, əsrarəngiz təbiətə malik Göygöldə sizi görməkdən məmnunam. Belə bir yarışın Göygöldə keçirilməsi tarixi hadisədir. Azərbaycan dünyada idman sahəsində güclü ölkə kimi tanınır. Regionlarda belə mötəbər yarışın təşkili uşaqların idmana marağının daha da artmasına kömək olur. Buna görə təşkilatçılara təşəkkürümü bildirirəm".

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu da idmançılara uğurlar arzulayıb: "Bu turnir bizim üçün əlamətdar hadisədir. Çünki regionlarda cüdonun təbliğinə böyük önəm veririk. Avropa Kuboku da cənab Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı barədə tapşırığı əsasında təşkil olunub. Əminik ki, tərəfdaşlarımızın dəstəyi ilə bu yarış ölkəmizdə ənənə halını alacaq Avropanın brend turnirinə çevriləcək".

Sonda Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, iki gün davam edəcək Avropa Kubokunda 18 ölkədən 268 idmançı mübarizə aparır.

Fərdi
"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Fərdi
Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Fərdi
Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

Fərdi
Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Fərdi
Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir