İdman zalları və uşaqların təhlükəsizliyi: Məsuliyyət kimin üzərindədir? – ARAŞDIRMA

İdman zalları və uşaqların təhlükəsizliyi: Məsuliyyət kimin üzərindədir? – ARAŞDIRMA

“Uşaqlar və məşqçilər tibbi müayinədən keçməmiş məşqlərə və yarışlara buraxıla bilməzlər. Qanunda məşqçinin hüquqi vəzifələri sadalanır. Orada məşqçinin uşağın sağlamlığına və qayğısına qalmaq kimi vəzifəsi nəzərdə tutulmayıb”.

Bunu “Report”a açıqlamasında idman hüquqşünası Fərid Haqverdiyev Sumqayıtda tanınmış samboçu Mehman Xəlilovun məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək, onun ölümünə səbəb olması ilə bağlı danışarkən deyib.

Qanun nə deyir?

O bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” qanunda məşqçinin öhdəliklərinə yer verilib: “Məşqçi idmançılara təlim-məşq prosesini keçən, onların yüksək nəticələrə nail olmaları üçün yarış fəaliyyətinə rəhbərlik edən müvafiq ali və ya orta ixtisas təhsilinə malik olan fiziki şəxsdir. Həmin məşqçinin özünün fiziki və ya hüquqi şəxs kimi məşğələ keçdiyini aydınlaşdırmaq lazımdır. Əgər özü heç bir hüquqi şəxs və ya idman klubu kimi qeydiyyatdan keçmədən məşqçilik edirsə, o zaman hökmən onun müvafiq dövlət sənədi olmalıdır. Qanunda belə bir şey var ki, bu sahədə peşəkar pedoqoji fəaliyyətə yalnız müvafiq təhsil müəssisələri tərəfindən verilən bədən tərbiyəsi və idman sahəsində ali və ya orta ixtisas təhsili haqqında dövlət sənədinə malik olan şəxs işləyə bilər”.

F. Haqverdiyevin sözlərinə görə, məşqçilik fəaliyyəti üçün müraciət edən şəxslər həmin növ üzrə idman ustası normativini verməlidirlər: “Xüsusi məşqçilik kursları keçmiş şəxslər idman məktəblərində fəaliyyət göstərə bilərlər”.

Fərid Haqverdiyev
Fərid Haqverdiyev

Federasiyalarda vəziyyət necədir?

Baş vermiş hadisə yenidən uşaq idman məşqçilərinin lisenziya və sertifikatlaşdırma məsələsini gündəmə gətirib.

Bununla bağlı araşdırma zamanı məlum olub ki, müxtəlif federasiyalarda proses fərqli tənzimlənir. Azərbaycan Güləş Federasiyasından bildirilib ki, klub və cəmiyyətlər müstəqil fəaliyyət göstərirlər, onların federasiyaya bağlılığı yoxdur. Bundan əlavə, peşəkar klub və cəmiyyət kimi qeydiyyatdan keçmədən fiziki şəxs olaraq məşqçi kimi fəaliyyət göstərmək mümkündür. Yalnız rəsmi yarışlarda iştirak zamanı həmin fiziki şəxslər öz yetirmələrini hansısa klub və ya cəmiyyətlərin adından qeydiyyatdan keçirməlidirlər.

Azərbaycan Cüdo Federasiyasında da oxşar vəziyyətdir. Belə ki, mövcud qanunvericilikdəki boşluqlara əsasən, sərbəst məşqçilik fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı hansı bir təsir mexanizmi yoxdur. İstənilən şəxs icarəyə zal götürüb, şəxsi hesabına tatami alaraq, özü üçün məktəb açır. Onun hansı peşəkarlıq kateqoriyada olduğunu yoxlamaq üçün isə müvafiq prosedur yoxdur. Yeganə təsir mexanizmi odur ki, həmin məşqçilərin yetirmələri ölkə səviyyəli yarışlara buraxılmır.

Elm və Təhsil nazirliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir: “Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb”.

Qeyd edək ki, məşq zamanı azyaşlının ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub.

Fərdi
"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Fərdi
Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Fərdi
Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazanıb

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Fərdi
Azərbaycanın qadın cüdoçuları Albaniyada təlim-məşq toplanışına qatılıb

Azərbaycanın qadın cüdoçuları Albaniyada təlim-məşq toplanışına qatılıb