Ayxan Abbasov: "Bu gün qismət olmadı"

Ayxan Abbasov: "Bu gün qismət olmadı"

"Evdəki qələbənin “Neftçi”ni daha aqressiv edəcəyini bilirdik".

“Report”un məlumatına görə, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Tovuzdakı ilk matçda 1:0 hesablı qələbə qazanan bölgə təmsilçisi “Bakcell Arena”dakı qarşılaşmanın son dəqiqələrində iki top buraxaraq, mübarizəni dayandırıb.

42 yaşlı mütəxəssis qarşılaşmanın ardından məyus olduqlarını söyləyib: “Bu gün rəqibin təzyiqini hiss etdik. Oyunun sonlarında yorğunluq sözünü deyirdi. “Neftçi” cərimə zərbəsindən qol vuraraq, psixoloji üstünlük əldə etdi. Bu gün qismət olmadı. Futbolçularıma, azarkeşlərə təşəkkür edirəm. Azərbaycan futbolunda belə ab-hava üçün darıxmışdıq. Güclənmək, inkişaf üçün vaxt lazımdır. Üzgün olsaq da, qarşıda çempionat oyunu gözləyir. Kuboka kökləndiyimiz üçün stabilliyi itirmişdik. Premyer Liqada qalıb, gələn il daha yaxşı olmaq istəyirik”.

O, müdafiə futbolu sərgiləmələrini evdəki üstünlüyü qorumaq istəyi ilə əlaqələndirib: “Bunu “Neftçi” məcbur etdi. Qapının toxunulmaz saxlanılması üçün bu kimi hallar normaldır. Hücum oyunçuları da istər-istəməz müdafiəyə kömək etmək istəyirdilər. “Neftçi” ilə “Turan Tovuz”u müqayisə edirsinizsə, mənim üçün çətindir. Çempionatdakı 0:4 hesabında açıq futbol oynamışdıq. Rəqibin də üstünlüyünü gördük. Meydançanın hər yerində kompakt olmağa çalışdıq. Bu, rəqibdən və bizim heyətdəki oyunçulardan asılıdır. “Neftçi” ilə “Turan Tovuz”u müqayisə etmək üçün tələsirik”.

Abbasov bu heyətin maksimum gücünün indiki olmadığını söyləyib: “Hər bir komandanın enişi-yüksəlişi olur. Bu mövsüm məqsədimiz elitada qalmaqdır. Heyətin güclənməsi üzərində də işləyəcəyik. Gələn mövsüm daha iddialı olacağıq demək çətindir. Amma bundan yaxşı olmağa çalışacağıq”.

Baş məşqçi son turlarda onları çətin oyunların gözlədiyini əlavə edib: “Biz də təqvimə baxırıq, hesablayırıq. Hər şey ola bilər. 1-2 tur sonra da məsələni həll edə bilərik. Çempionat mübarizəli gedir. Kubok bitdi, indi gücü çempionata qoyacağıq. Yarımfinalda “Neftçi” ilə qarşılaşmaq özü də inkişafdır. Hər şeyə hazır olmalıyıq”.

Futbol
"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub

Futbol
"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

Futbol
"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

Futbol
"Barselona" London klublarından futbolçular transfer edib

"Barselona" London klublarından futbolçular transfer edib

Futbol
Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Futbol
Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ