PFL rəsmiləri Avropa Liqalarının Baş Assambleyasında iştirak ediblər

PFL rəsmiləri Avropa Liqalarının Baş Assambleyasında iştirak ediblər

Avropa Liqalarının 46-cı Baş Assambleyası Çexiyanın paytaxtı Praqa şəhərində baş tutub.

"Report" xəbər verir ki, qitənin 34 ölkəsindən 40 liqanın 80-dən çox nümayəndəsinin iştirak etdiyi görüşdə Azərbaycanı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov təmsil ediblər.

Görüşün ilk günündə PFL rəsmiləri Avropa Liqalarının icraçı direktoru Cakko Svart ilə təkbətək görüş keçiriblər. Görüş zamanı PFL-in 2013-cü ildən beynəlxalq qurumun tam hüquqlu üzvü olması, son 1 ildə isə əməkdaşlığın daha da yaxşılaşdırılması, eyni zamanda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfərin ilk günündə PFL rəsmiləri 2 seminara qatılıblar. Həmin seminarlarda liqaların ümumi vəziyyəti, 2024-2027-ci illəri əhatə edən proqramlar, futbolda maliyyə dayanıqlılığı mövzusunda müzakirələr aparılıb, digər ölkələrin təcrübəsi öyrənilib.

Avropa Liqalarının Baş Assambleyası səfərin son günündə reallaşıb. İspaniya La Liqasının prezidenti Xavyer Tebasın çıxış etdiyi yekun görüşdə Danimarka, Norveç, İngiltərə, İtaliya kimi ölkələrin nümayəndələri də təcrübələrini bölüşüblər.

Qeyd edək ki, səfər zamanı PFL nümayəndələrinin tədbirdə iştirak edən bir sıra liqaların rəhbərliyi ilə təkbətək görüşü də baş tutub.

Futbol
Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan kənarlaşdırılıb

Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan kənarlaşdırılıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

Futbol
"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Futbol
Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Futbol
Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

Futbol
Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
Kristof Daum xərçəng xəstəliyinə tutulub

Kristof Daum xərçəng xəstəliyinə tutulub

Futbol
Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"