Mariya Stadnik: "Avropa çempionatında 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istəyirəm"

Mariya Stadnik: "Avropa çempionatında 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istəyirəm"

"Mənim hər zaman motivasiyam, qalib gəlmək üçün iradəm var və bu, uşaqlıqdan bəri sonsuzdur".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 50 kq çəki dərəcəsində qızıl medal qazanan 35 yaşlı idmançı qələbəsini ana vətəni Ukraynaya həsr etdiyini bildirib.

Doqquzqat Avropa çempionu qitə birinciliyində 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istədiyini söyləyib: "On yaxşı rəqəmdir".

Stadnik Zaqrebdəki turnirin ona elə də zövq vermədiyini vurğulayıb: "Amma ən əsası nəticədir. Tokio olimpiadasından sonra qısa fasilə verdim. Düşündüm ki, yaşla əlaqədar güləşi davam etdirim, yoxsa idmanı tərk edim. Fiziki formamın yaxşı olub-olmayacağını bilmirdim. Amma gördüyünüz kimi, mən hələ də mübarizə aparıram. Yanvarda məşqlərə başladım, ona görə də ən yaxşı formada deyiləm. 18 yaşım olanda daha çox həyəcan və motivasiya var idi. İndi isə hər şey mənə tanışdır. Amma yenə də uduzmaq istəmirəm".

O, Avropa çempionatının finalında qalib gəldiyi həmyerlisi Oksana Livaçla Ukraynada birlikdə məşq etdiyini xatırladıb: "O, mənim üçün kiçik bacı kimidir. Hər il daha da güclənir. Biz artıq birlikdə məşq etmirik, amma onun çox yaxşı potensialı var. Ümid edirəm ki, Paris olimpiadasına vəsiqə qazanar".

Təcrübəli güləşçi Tokio-2020 Yay Olimpiya Oyunlarının yarımfinalında uduzduğu əsas rəqibi olan yaponiyalı Yui Susakidən də söz açıb: "Onunla necə mübarizə aparacağımı düşünmək üçün hələ bir ilim var. Hər şeyi nəzərdən keçirəcəyəm".

Karyerasından da danışan Stadnikin sözlərinə görə, övladları əvvəlcə onun güləşməsini istəmirdi: "Yadımdadır, onlara təqaüdə çıxmaq istədiyimi bildirmişdim. Oğlum balaca olanda mənə deyirdi ki, ana, xahiş edirəm, turnirlərə getmə. İndi isə deyir ki, sən çox güclüsən, dayanma. Hazırda onlar mənim ən böyük fanatlarımdır".

Fərdi
Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Fərdi
Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərdi
Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Fərdi
"Shusha Chess 2022" turnirində VI tura start verilib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Bu gün "Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşəcək

Bu gün "Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşəcək

Fərdi
Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Fərdi
Azərbaycan təmsilçisi Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə üzv seçilib

Azərbaycan təmsilçisi Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə üzv seçilib

Fərdi
Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"