Voleybol üzrə Azərbaycan Yüksək Liqalarının qalibləri mükafatlandırılıblar

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarının qalibləri mükafatlandırılıblar

Kişi və qadınlardan ibarət voleybol üzrə Azərbaycan Yüksək Liqalarının qalibləri mükafatlandırılıb.

"QELEBE.AZ" xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, qurumun baş katibi Faiq Orucov, İdarə Heyətinin üzvləri Elqar Bağırov, İlqar Nuriyev və nəzarət təftiş komissiyasının sədri Nazim Axundov iştirak ediblər.

Əvvəlcə qadınların yarışında mükafat qazanan komandalar medallarını alıblar.

“Azərreyl” qızıl, "Abşeron" gümüş, "Murov" isə bürünc medala layiq görülüb.

Qadınların çempionu “Azərreyl”ə kuboku AVF-nin vitse-prezidenti Faiq Qarayev təqdim edib.

Daha sonra isə kişilərin yarışının medalçıları öz mükafatlarına qovuşublar.

"Murov" qızıl, “Xarı bülbül" gümüş, "Neftçi" isə bürünc medal alıb.

Çempion “Murov”a kuboku federasiyanın digər vitse-prezidenti Bəhruz Quliyev verib.

Mükafatlandırma mərasimində həmçinin oyunçular arasında bir neçə nominasiya üzrə ən yaxşılar təltif ediliblər.

Qadınlardan "Abşeron"un üzvü Valeri Kondratyev "ən yaxşı toppaylayıcı", "Azərreyl"dən Tatsiana Trafimova "ən yaxşı hücumçu", "Abşeron"dan Bəyaz Quliyeva "ən yaxşı libero" nominasiyasında qalib olub.

Kişilərdə isə "Murov"dan Vladislav Kunçebko "ən yaxşı hücumçu”, onun komanda yoldaşı Kənan Allahverdiyev "ən yaxşı libero", "Xarı bülbül"dən İlqar İmamquliyev "ən yaxşı toppaylayıcı", "Neftçi"dən Tural Həsənli isə "ən yaxşı oyunçu" nominasiyasında fərqləndirilib.

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb