“Kəpəz” yoxlama oyunu keçirəcək

“Kəpəz” yoxlama oyunu keçirəcək

Misli Premyer Liqasının 2-ci turunun "Qarabağ"la oyunu təxirə salınan "Kəpəz" yoxlama oyunu keçirəcək.

Apasport.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv I Liqada mübarizə aparan "Gəncəbasar"la üz-üzə gələcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma "Kəpəz"in məşq mərkəzində baş tutacaq. Avqustun 23-də keçiriləcək matç saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın ilk turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olub.