“Səbail” rəsmisi: "Klubun Xaçmaza köçməsi müzakirə mövzusu deyil" - MÜSAHİBƏ

“Səbail” rəsmisi: "Klubun Xaçmaza köçməsi müzakirə mövzusu deyil"  - MÜSAHİBƏ

“Səbail” klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov, üzvü İxtiyar Asyabi və futbol akademiyasının koordinatoru Mirbağır İsayev Xaçmaza səfər edərək, orada AFFA-nın və Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri ilə birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə görüşüblər.

Səfər zamanı klub rəsmiləri baş sponsor ASCO-nun dəstəyi ilə Xaçmazda inşasına başlanılan stadionlara baş çəkiblər.

Bütün bunlar “Səbail” klubunun gələcəkdə Xaçmaza köçməsi ilə bağlı ehtimalların yaranmasına səbəb olub.

“QELEBE.AZ”un suallarını cavablandıran paytaxt təmsilçisinin icraçı direktoru Fərəc Əliyev görülən işlər barədə məlumat verib və əsas komandanın Xaçmazda çıxış edib-etməyəcəyinə aydınlıq gətirib.

- “Səbail”in nümayəndələrinin Xaçmaza səfəri nə ilə bağlı olub?
- Ötən ilin yayında U-17 və U-19 komandalarımız Xaçmazdakı Nabran qəsəbəsində təlim-məşq toplanışı keçmişdilər. Hazırda orada təmir işləri gedir. Meydança salınır, eyni zamanda, əlavə bir meydança da olacaq. Planlarımız böyükdür.

- Bəlkə bununla “Səbail” klubunun Xaçmaza köçünün təməli qoyulur?
- Xeyr (gülür). Akademiyamızın koordinatoru Mirbağır İsayev də budəfəki görüşdə iştirak edib. Çünki oranı sırf akademiyanın təlim-məşq bazası kimi təmir edirik. Tezliklə Xaçmazda uşaqlar üçün əla meydança olacaq. Bilirsiniz ki, əsas komanda təlim-məşq toplanışlarını həmişə xaricdə keçirir. Ancaq U-17 və ya U-19 komandamızı heç vaxt bu məqsədlə ölkə xaricinə göndərməmişik. Məqsədimiz orada yalnız akademiyanın uşaqları üçün şərait yaratmaqdır.

- Niyə məhz Xaçmazı seçmisiniz?
- Klubun baş sponsoru olan ASCO-nun Nabran tərəfdə ərazisi var. Uşaqlar ötən il məhz orada qaldılar və məşq keçdilər. Hava şəraiti baxımından da təlim-məşq toplanışı üçün Nabran bizə uyğundur. Orada dəniz, meşə var, yayı çox isti keçmir. Xaçmaz seçimi sırf bunlarla əlaqədardır.

- Yəni “Səbail” klubunun Xaçmaza köçməsi müzakirə mövzusu deyil?
- Heç bir halda müzakirə mövzusu deyil. Belə bir variant yoxdur. Yəqin ki, orada yaya qədər müəyyən işlər görüləcək.

- “Səbail” Premyer Liqanı tərk etsə, Xaçmazdakı akademiyada görülən işlər yarımçıq dayandırılmayacaq?
- Şablon sözlər demək istəmirəm. Əsas komanda indi bütün diqqətini Premyer Liqanın son 6 turuna və Azərbaycan Kubokuna yönəldib. Ümid edirəm ki, komandamız çempionatda sonuncu yeri tutmayacaq.

- Ancaq gedişat heç də ürəkaçan mənzərə vəd etmir...
- Həm baş məşqçimizə, həm də komandamıza inanırıq. Premyer Liqada vəziyyətimizi düzəltmək üçün vaxtımız olacaq. Ümid edirəm ki, ölkə kubokunda da iki yox, üç oyun keçirəcəyik.

- Kuboku qazanaraq avrokuboklara vəsiqə qazanmaq şansınızı necə görürsünüz?
- Niyə də olmasın? Komandamız buna qadirdir. Avropada böyük klublar da nə vaxtsa çətinlik yaşayıblar. İnanıram ki, biz də bu çətin sınaqdan yaxşı çıxacağıq.

Futbol
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
Çempionlar Liqası: "Barselona" "İnter"lə, "Napoli" "Ayaks"la qarşılaşacaq

Çempionlar Liqası: "Barselona" "İnter"lə, "Napoli" "Ayaks"la qarşılaşacaq

Futbol
Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Futbol
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyunlarının təyinatları bəlli olub

Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyunlarının təyinatları bəlli olub

Futbol
Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Futbol
"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

Futbol
Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Futbol
PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”

PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür