Türkiyəli atletlər Ermənistandakı qələbəni Azərbaycana həsr edib - VİDEO
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda türkiyəli idmançı qızıl medal qazanıb.
APA xəbər verir ki, Cansu Bektaş 45 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O “TRT”ə müsahibəsində qələbəni Azərbaycana həsr etdiyini bildirib.
Həmçinin, həmin çəkidə türkiyəli ağır atlet Qamze Altun gümüş medal qazanıb.
O da qələbəni Azərbaycan idmançılarına həsr etdiyini deyib.

https://qelebe.az//uploads/photo/turkiyeli-atletler-ermenistandaki-qelebeni-azerbaycana-hesr-edib-video.webp