Qelebə.az / Türkiyəli atletlər Ermənistandakı qələbəni Azərbaycana həsr edib - VİDEO

Türkiyəli atletlər Ermənistandakı qələbəni Azərbaycana həsr edib - VİDEO

15-04-2023, 21:38

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda türkiyəli idmançı qızıl medal qazanıb.

APA xəbər verir ki, Cansu Bektaş 45 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O “TRT”ə müsahibəsində qələbəni Azərbaycana həsr etdiyini bildirib.

Həmçinin, həmin çəkidə türkiyəli ağır atlet Qamze Altun gümüş medal qazanıb.

O da qələbəni Azərbaycan idmançılarına həsr etdiyini deyib.

Geri qayıt