Azərbaycan İdman Mediası İrəvanda bayrağımızın yandırılması ilə bağlı bəyanat qəbul edib - FOTO

Azərbaycan İdman Mediası İrəvanda bayrağımızın yandırılması ilə bağlı bəyanat qəbul edib  - FOTO

Azərbaycan İdman Mediası İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandırılması ilə bağlı bəyənat qəbul edib.

APA xəbər verir ki, bəyənatda deyilir ki, İrəvanda baş verənlər ağlasığmazdır eyni zamanda istənilən idman turnirinin əsas dəyərlərinə belə açıq-aşkar hörmətsizlik nümayişi sadəcə olaraq qəbuledilməzdir:

“14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılmasına görə hiddətləndiyimizi bildiririk.

İstər ölkəmizdə, istərsə də xaricdə müxtəlif idman tədbirlərini işıqlandırmaq bizim peşəkar fəaliyyətimizin önəmli hissəsidir. Məlumdur ki, idman yarışları parlaq rekordlar və sağlam rəqabət deməkdir. Qələbə sevinci və məğlubiyyətlə yanaşı idmanı bu qədər dəyərli edən başqa bir unikal xüsusiyyət də var. İdman hətta bütün digər kommunikasiya vasitələri ilə əlaqə qurmaq mümkün olmadıqda insanların ünsiyyəti üçün unikal fürsət verir. Olimpiyadaların mahiyyətində əks olunduğu kimi idman bütün dünyada sülhün carçısıdır.

Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həssaslığına baxmayaraq idmançılarımızın iştirakı ilə bağlı hərtərəfli müzakirələrdən sonra Azərbaycan milli komandası İrəvana yollanıb.

Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı ilə nəticələnib və BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmış tecavüzü torpaqlarımızın 20 faizini xarabalığa və minalanmış ərazilərə çevirib. Biz 2020-ci ildə torpaqlarımızı azad edərək regionda davamlı sülhün bərqərar olması üçün səylər göstəririk. Bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı dəfələrlə verdikləri zəmanətə inanmışdır. İndi göründüyü kimi bunlar boş vədlər imiş.

Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyildir. Çünki Ermənistan cəmiyyətində Azərbaycana ve onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxıb. Məhz bunun nəticəsidir ki, hansısa yolla akkreditə olunmuş, tedbir teşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırıb. Onu da xatırladaq ki, elə həmin nifrət səbəbindən bu həftənin əvvəlində əlverişsiz hava şəraitinə görə yolunu azmış və Ermənistanın müvafiq səlahiyyətli qurumları tərəfindən saxlanılan iki silahsız Azərbaycan əsgəri döyülərək alçaldılıb.

Azərbaycan mütəmadi olaraq böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdədir. Biz bütün bu yarışları, o cümlədən erməni idmançıların iştirak etdiyi yarışları işıqlandırıb. Ölkəmizdə heç vaxt belə iyrənc hadisələr baş verməyib. Idmançıların yarışmaq və əsl idman ruhundan həzz almaq üçün qatıldıqları yarışda iştirak etmələrinə şərait yaratmaq təşkilatçıların üzərinə düşən əsas məsuliyyətli vəzifədir.

Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində baş vermiş iyrənc hadisəni pisləməyə çağırırıq. Azərbaycanın idman jurnalistləri olaraq auditoriyamıza idman sevinci bəxş edərək öz işimizi görmək imkanının olmasını istəyirik.”

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Döyüş növləri
Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
FHN idmançısı Azərbaycan çempionu olub - FOTO

FHN idmançısı Azərbaycan çempionu olub - FOTO

Döyüş növləri
Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Döyüş növləri
Azərbaycan boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib və medalı təmin edib

Azərbaycan boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib və medalı təmin edib

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO