Mahir Emrelidən məhsuldar ötürmə – “Rakuv”dan əzmkar qələbə
Polşa çempionatında XIII turun növbəti oyunları keçirilib.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Poqon”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 5-ci dəqiqədə qonaqlar açıblar. Lakin “Rakuv” ikinci hissədə üç qol vuraraq əzmkar qələbə qazanıb.
Mahir Emreli də komandasının uğurunda pay sahibi olub. Azərbaycanlı hücumçu 47-ci dəqiqədə Patrik Makuçun vurduğu bərabərlik qolunun məhsuldar ötürməsini verib.
Start heyətində meydana çıxan Emreli 71-ci dəqiqədə əvəzlənib.

https://qelebe.az//uploads/photo/mahir-emreliden-mehsuldar-oturme-rakuvdan-ezmkar-qelebe.webp