Aerobika gimnastikası üzrə məşqçilik kurslarının tədris hissəsinə start verilib

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 2-ci səviyyəyə aid məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib.

“QELEBE.AZ”un məlumatına görə, 8-10 yaşlı gimnastlarla işləyənlər üçün nəzərdə tutulan kurslarda “Ocaq Sport” klubunu təmsil edən və müstəqil şəkildə fəaliyyət göstərən 9 mütəxəssis iştirak edir.

Bolqarıstanlı beynəlxalq dərəcəli məşqçi Desislava Boquşevanın rəhbərliyi altında keçirilən kurslara birinci mərhələni uğurla başa vurmuş şəxslər qatılıblar.

Kursların nəzəri və təcrübi hissəsi aerobika gimnastikasında addımların quruluşu, artistizmin inkişaf etdirilməsi və təkmilləşdirilməsi, çətinlik elementlərinin metodologiyası, xoreoqrafiya, tibb, psixologiya və s. mövzularını əhatə edir.

Aprelin 12-nə qədər davam edəcək kursların sonunda iştirakçılar nəzəri və təcrübi imtahanlar verəcəklər.

Kurs iştirakçıları bundan əvvəl Azərbaycan Gimnastika Federasiyasının tədris saytı vasitəsilə kursların onlayn hissəsini başa vurublar.

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub