Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində Badminton üzrə açıq turnir keçirilib

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində Badminton üzrə açıq turnir keçirilib

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində Badminton üzrə açıq turnir keçirilib.

Bu barədə “Report”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının mətbuat xidmətindən məlumat verilib.

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Badminton üzrə açıq turnir keçirilib.

Turnirdə Bakı şəhəri üzrə müxtəlif idman məktəblərini təmsil edən 3 yaş qrupundan 120-dən çox idmançı iştirak edib. Turnir olimpiya sistemi üzrə keçirilib.

Yarışın bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Badminton Federasiyasının Baş katibi Ramil Hacıyev, 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Əliyev və başqaları bildiriblər ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.

Çıxışlardan sonra mükafatlandırma mərasimi olub. Qaliblərə medallar, diplomlar və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.

Komanda
“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub