Olimpiya çempionu rusiyalı idmançıların yarışlara buraxılmasına etiraz edib

Olimpiya çempionu rusiyalı idmançıların yarışlara buraxılmasına etiraz edib

Çəkicatma növündə üçqat olimpiya çempionu Anita Vlodarçik (2012, 2016, 2020) Rusiya və Belarus idmançılarının beynəlxalq dərəcəli yarışlara buraxılmasına etiraz edib.

“QELEBE.AZ” xəbər verir ki, polşalı atlet Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyəsi ilə Ümumdünya Taekvondo Federasiyasının (WT) Rusiya və Belarus idmançılarının neytral statusda Azərbaycanda keçiriləcək kişilər və qadınlar arasında dünya çempionatında iştirakına icazə verməsindən sonra narazılığını bildirib.

38 yaşlı idmançı bunun ukraynalılara psixoloji cəhətdən pis təsir göstərəcəyini düşünür: “BOK-un bu tövsiyəsi çox ağrılıdır. Hər iki ölkə idmançılarının yarışmamaları mesaj olmalıdır. Əlbəttə ki, asan deyil, çünki işə siyasət qarışır. Biz həmişə idmanı siyasətdən ayırmaq lazım olduğunu deyirik. Ancaq görürük ki, burada vəziyyət belə deyil. Ukraynadan olan idmançının rusiyalı ilə yarışda iştirakını təsəvvür edə bilmirəm. Bu, təkcə stress yox, həm də psixoloji problemlər yaradır”.

Ukrayna hökuməti rusiyalıların qatılacaqları beynəlxalq yarışları boykot etmək qərarı alıb.

Qeyd edək ki, Bakıda təşkil olunacaq taekvondo üzrə dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək.

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Fərdi
Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Fərdi
FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

Fərdi
MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Fərdi
Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Fərdi
Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq